Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq
24.04.2025 - 09:33
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0