
Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar.
Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək.
Ötən gün mübarizəyə start verən təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO