Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının üçüncü gününü medalsız başa vurublar.
Apasport.az xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Atxan Biçoyevi (IJF) məğlub etsə də, 1/8 finalda Veliko Varniçiçə (Serbiya) uduzub.
Səmayə Yusifli (57 kq) isə 1/16 finalda Nonoka Yamakavaya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb