Dünya çempionatı: Camal Qamzatxanov 1/4 finalda - YENİLƏNİR
10.10.2026 - 13:53
Dünya çempionatı: Camal Qamzatxanov 1/4 finalda - YENİLƏNİR

Bakıda keçirilən dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu Camal Qamzatxanov tatami üzərinə çıxıb.

İdmançımız 1/32 finalda Çili təmsilçisi Fransisko Solisi ipponla məğlub edib. O, 1/16 finalda Xorvatiya cüdoçusu Nikita Sviridliyə də qalib gələrək 1/8 finala yüksəlib.

Milli üzvü növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə qalib gələn Qamzatxanov 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.