Yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüş Qubada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutub.
Toplantıda Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə iştirak ediblər.
Federasiya rəsmisi idmançılara inam ifadə edərək, qarşıdakı mötəbər turnirdə onlardan uğurlu çıxış gözlədiklərini bildirib. Həmçinin cüdoçulara yarış öncəsi tövsiyələr verilib, uğurlar arzulanıb.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı 27–31 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Mundialda Azərbaycanı ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) fərdi mübarizədə təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb