22–26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.
Apasport.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək.
Turnirdə ölkəmizi Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), CMəhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq), Sübhan Axundov (+90 kq), Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Zemfira Əliyeva (+70 kq) təmsil edəcək.
Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO