Azərbaycanı Serbiyada keçiriləcək Gimnaziadada 18 çəki dərəcəsində 18 cüdoçu (9 oğlan, 9 qız) təmsil edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda qız cüdoçulardan Fatimeyizəhra Məmmədzadə (36 kq), Nərgiz Məmmədova (40 kq), Yağmur Abdullayeva (44 kq), Şövkət Kərimova (48 kq), Sunay Məcidova (52 kq), Məleykə Əsədova (57 kq), Türkan Məmmədli (63 kq), Rəhimə İsmiəliyeva (70 kq), Xədicə Quluzadə (+70 kq) iştirak edəcək.
Oğlan cüdoçulardan isə Fuad Rəhimli (38 kq), Fərid Rzazadə (42 kq), Aqil Nağıyev (46 kq), Rəhim Əliyev (50 kq), Nuru Sadıqzadə (55 kq), Aqşin Bayramov (60 kq), Davud Bayramov (66 kq), Mehdi Məhəmmədəli (73 kq), Camal Bünyatov (+73 kq) mübarizə aparacaq.
Gimnaziadada “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, Gimnaziadada cüdo yarışları aprelin 11-dən 12-dək Luçani şəhərində baş tutacaq.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"