
Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda məşqçilər üçün təşkil etdiyi peşəkar inkişaf proqramı başa çatıb.
Apasport.az xəbər verir ki, proqramda son sessiyalarda milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov antogenez, aşağı yaş qruplarında cüdoçular üçün fiziki yüklənmə normaları, bu prosesin kreativ yolları və idman qidalanması mövzularında təqdimatla çıxış edib.
ACF-nin Təhsil şöbəsinin müdiri Orxan Oruczadə isə klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması barədə iştirakçılara məlumat verib.
Bundan əlavə, Orxan Səfərov və Asiman Allahverdiyev uşaqlarda cüdo vərdişlərinin formalaşması, koordinasiya və sürətin inkişafı üçün vacib hərəkətlər üzrə praktiki təlimlər keçiblər.
Yekunda iştirakçılar praktiki imtahan verib və nəzəri bilikləri yoxlanılıb. Sınaqları uğurla başa vuran 29 məşqçi-müəllimə ACF tərəfindən sertifikat təqdim olunub.
Altı gün davam edən proqramda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçilər iştirak ediblər.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb