Bu gün III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlara start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları Məhəmmədəli Hüsüyev (55 kq), Gülşən Hüseynova (44 kq), Zeyd Ələsgərov (60 kq), Sunay Salamaova (40 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Fəxri Sahibzadə (66 kq), Könül Eyvazlı (44 kq), Nərmin Ağamirzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yarımfinal görüşlərində qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın 12 cüdoçusu finala vəsiqə qazanıb.
Qeyd edək ki, cüdo üzrə yarışlara oktyabrın 5-də yekun vurulacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib