Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib. Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib.
Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO