İlham Zəkiyev Avropa çempionu oldu
20.09.2025 - 16:51
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.
O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
- Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
- Təmsilçilərimiz Avropa Kubokunu 7 medalla başa vurublar
- Təmsilçimiz Avropa Kubokunda üçüncü olub
0
0