İslam Oyunları: Cüdoçumuz finala yüksəlib
08.11.2025 - 16:03
Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Apasport.az xəbər verir ki, o, yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı yuko xalı ilə məğlub edib.
Bu nəticə ilə cüdoçu ən azı gümüş medalı təmin edib. K.Əliyevanın finaldakı rəqibi Tuğçe Beder (Türkiyə) olacaq.
Qeyd edək ki, bu cüdoçular V İslamiadanın finalında da qarşılaşmışdılar.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0