“İstedadların seçimi” yarışının II turu başa çatıb
08.03.2026 - 20:26
“İstedadların seçimi” yarışının II turu başa çatıb

Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu başa çatıb.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş turnirə 64 klub və idman cəmiyyətindən 265 idmançı (222 oğlan, 43 qız) iştirak edib. 

Son yarış günündə 8 çəki dərəcəsində 134 cüdoçu tatamiyə çıxıb. Qızlar -44 kq, -52 kq, -63 kq, +70 kq; oğlanlar isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

Qızlar

44 kq
1. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Ayşən Hüeynzadə (Qara Bəbir Sumqayıt)
3. Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

52 kq
1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Gülnarə Qasımova (Şahin 313 İK)
3. Zəhra Seyidzadə (RKİM)
3. İlahə Xəlilova (RKİM)Ü 

63 kq
1. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Lalə Yadigarlı (Neftçi Sumqayıt)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Zəhra İbadova (Neftçi İK)

Oğlanlar

55 kq
1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Yusif Yusifzadə (Şuşa UGİM)

66 kq
1. Hüseyn Şıxəliyev (Sərhədçi İM)
2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. İsmayıl Quluyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)

81 kq
1. Ayxan Həsənli (Neftçi İK)
2. Ömər Atayev (Judo Club 2012)
3. İslam Adıgözəlzadə (Elxan İK)
3. Harun Ataşov (Neftçi Sumqayıt)

+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Hüseyn Mehdiyev (ROİL)
3. Şükür Nadirli (Sərhədçi İM)
3. Əbəlfəz Yaqubzadə (DİN İC)