
Aprelin 27-də Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatında qarışıq komandaların mübarizəsində Azərbaycan da daxil olmaqla 13 kollektiv iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu yarış cüdoçuların Avropa çempionatındakı fərdi çıxışlarından sonra keçiriləcək.
Komanda birinciliyi üçün millimizin heyətinə 15 idmançı daxil edilib: Rəşid Məmmədəliyev, Əhməd Yusifov, Turan Bayramov, Ruslan Paşayev (hamısı 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Murad Fətiyev (hamısı 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kq), Könül Əliyeva, Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hamısı 57 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+70 kq).
Avropa çempionatının komanda yarışında Fransa, Gürcüstan, Almaniya, Avstriya, Türkiyə, Belçika, Macarıstan, İtaliya, Monteneqro, Niderland, Polşa və Serbiya yığmaları da mübarizə aparacaqlar.