Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatı üçün hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Bakıda keçirilən təlim-məşq toplanışında turnirə yollanacaq cüdoçular və millinin digər üzvləri iştirak ediblər.
Həmçinin toplanışa İtaliya və Qazaxıstan cüdoçuları da qatılıblar.
Yığma hazırlığın növbəti mərhələsinə aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində start verəcək.
Qeyd edək ki, millimiz bu turnirdə Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib