Millimiz Böyük Dəbilqədə 3 cüdoçu ilə təmsil olunacaq
07.05.2025 - 20:04
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Fidan Əlizadə
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0