Millimiz Gürcüstanı məğlub etdi
31.08.2025 - 14:58

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi qarışıq komanda yarışına qoşulub.
Apasport.az xəbər verir ki, yığmamız mübarizəyə qələbə ilə start verib.
Komandamız 1/8 finalda Gürcüstan millisinə 4:2 hesabla qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı 2 bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat qazanıblar.
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
- Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar
0
0