Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisi növbəti medalını qazanıb.
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferronini (İsveçrə) məğlub edib. O, daha sonra Dorin Qotonoaqa (Moldova) və Antonio Espositonu (İtaliya) da üstələməyi bacarıb.
O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib. Medalın taleyinə əlavə dəqiqələrdə aydınlıq gəlib. Zelim ipponla bürünc medala yiyələnib.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib