Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.
90 kq çəki dərəcəsində Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib.
Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Murad da həlledici döyüşdə ipponla qalib gələrək, 3-cü yeri tutub.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"