
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç üzvü mübarizəyə başlayacaq.
Fidan Əlizadə (57 kq), olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaq.
Əlizadə Mariya Perişiçlə (Serbiya) qarşılaşacaq. Heydərov Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək.
Rəşid Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə mübarizə aparacaq.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir.
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO