Bu gün Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə oğlanlar (73, 81, 90 və +90 kq) və qızlar (57, 63, 70 və +70 kq) arasında 4 çəkidə qaliblər bəlli olub.
Azərbaycan cüdoçuları bu gün 6 medal (3 gümüş, 3 bürünc) qazanıb.
Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş medal əldə ediblər.
Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahibləniblər.
Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanıb. Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala layiq görülmüşdülər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"