Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev ölkə cüdosunun inkişafında misilsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə qəbul edib.
Apasport.az xəbər verir ki, görüş zamanı Rəşad Nəbiyev cüdonun Azərbaycanda formalaşması və inkişafında mühüm rol oynamış yubilyarın məşqçi kimi qazandığı uğurları yüksək qiymətləndirib, onun uzun illər ərzində bu sahəyə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Tədbirdə ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və prezidentin müşaviri Natiq Bağırov da iştirak ediblər.
Sonda Rəşad Nəbiyev Əhməddin Rəcəblini 80 yaşının tamam olması münasibətilə Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanı ilə təltif edib.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO