Təmsilçimiz Latviya klubunda
21.08.2025 - 09:10
Azərbaycanlı veteran cüdoçu Orxan Səfərov Latviyanın "Kyodai" cüdo klubunda işləyəcək.
Apasport.az xəbər verir ki, bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Səfərov "Kyodai"da məşqçi və məsləhətçi kimi fəaliyyət göstərəcək. O, öz təcrübəsini yerli mütəxəssislər və gənclərlə bölüşəcək.
Qeyd edək ki, Orxan karyerası ərzində dünya çempionatının gümüş və bürünc, Avropa çempionatında isə hər üç əyarlı medala sahib çıxıb.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0