U-17 turnirində 873 cüdoçu mübarizə aparacaq
17.04.2025 - 17:54
U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.
Apasport.az xəbər verir ki, turnir aprelin 21-22-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.
Yarışda 100 klub və idman cəmiyyətindən olan 873 cüdoçu (693 oğlan, 180 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0