Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq
03.04.2025 - 09:33
Avropa Cüdo Birliyinin təqviminə əsasən, 5-6 apreldə Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 38 ölkədən 857 idmançı mübarizə aparacaq.
Azərbaycan yarışda 16 çəki dərəcəsində 33 cüdoçu (17 oğlan, 16 qız) cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0