Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də iştirak edəcək.
Komandamızın heyətində 17 idmançı yer alıb.
Onların arasında yeniyetmələr arasında ikiqat dünya çempionu Nihad Məmişov (60 kq), gənclər arasında Avropa çempionatının qalibləri Nizami İmranov (66 kq) və Süleyman Şükürov (81 kq), həmçinin yeniyetmələr arasında dünya çempionu Cəsur İbadlı (81 kq) da var.
Berlində 37 ölkənin idmançıları çıxış edəcək.
Qeyd edək ki, iyunun 21-22-də keçiriləcək bu turnir gənclər arasında Avropa və dünya çempionatı üçün heyətin müəyyənləşdirilməsindən əvvəl son sınaq olacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib