Yeniyetmə cüdoçulardan ibarət milli komandalarımızın üzvləri Çexiyanın Teplitse şəhərində beynəlxalq təlim-məşq toplanışında olublar.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan hazırlıq prosesində yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı aprelin 12-13-də Gürcüstanın paytaxtı Tbilisidə və mayın 3-4-də Qubada keçiriləcək yeniyetmələr arasında Avropa kuboku turnirlərinə hazırlıq məqsədi daşıyıb.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib