Yığmamızın təlim-məşq toplanışı sona çatdı
24.03.2025 - 13:00
Cüdo üzrə Azərbaycan yığması Yaponiyadakı təlim-məşq toplanışını başa vurub.
Apasport.az xəbər verir ki, komandamız Tokay Universitetində üç həftə məşq edib.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) da daxil olmaqla cüdoçularımız hər gün iki dəfə yerli idmançılarla hazırlıq keçib, sınaq döyüşlərində güclərini yoxlayıblar.
Qeyd edək ki, toplanış komandamızın ilin əsas yarışlarına səmərəli hazırlığının ən vacib aspektlərindən biri kimi dəyərləndirilir.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0