Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Beynəlxalq turnirdə 48 ölkədən 370 cüdoçu iştirak edəcək.
Zaqreb Qran-Prisinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 14:00-dan, final blokunu isə 20:00-dan etibarən canlı olaraq JudoTV-dən izləyə bilərsiniz.
Kişilər
-60 kq, 1/16 final
Murad Muradlı – Qal Blaziç (Sloveniya)
-60 kq, 1/8 final
Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan)
-66 kq, 1/16 final
İslam Rəhimov – Xoakin Tovalyari (Argentina)
Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya)
-73 kq, 1/32 final
İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya)
Rüfət Şövlətov – Aron Sabo (Macarıstan)
-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ)
-90 kq, 1/16 final
Aslan Kotsoyev – Aleks Kret (Rumıniya)
Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya)
-100 kq, 1/16 final
Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan)
Qadınlar
-48 kq, 1/8 final
Könül Əliyeva – Nevena Miliç (Serbiya)
-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan)
-52 kq, 1/8 final
Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya)