Zelim Kotsoyev finalda!
23.05.2024 - 16:15
Zelim Kotsoyev finalda!

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev finala yüksəlib.

Apasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekanı məğlub edib. 

O, finalda kanadalı rəqibi Şadi Elnahas ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl millimizin üzvü Hidayət Heydərov 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. 

0