Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
10.12.2024 - 17:18
Amerikalı üzgüçü Qretçen Uolş Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.
Apasport.az xəbər verir ki, idmançı “butterfly” üsulunda 50 metrlik qısa məsafəyə üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 24,02 saniyə ilə birinci çatmaqla nail olub.
Bundan əvvəlki dünya rekordu 2009-cu ildə isveçli Teresa Alşamaraya ( 24,38 ) məxsus olub.
Qeyd edək ki, Q.Uolş ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal qazanıb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0