
Bu gün Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun arxasınca” filminin təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutub.
Filmin premyerasından əvvəl Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və filmin rejissoru Arzu Urşan çıxış ediblər.
Natiqlər beynəlxalq Alpinizm Günü münasibətilə bütün alpinistləri təbrik edib, filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Elmira Aslanova 2023-cü ildə Azərbaycan bayrağını Everestin zirvəsinə qaldırıb.
- III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı - FOTO
- Bakıda keçirilən Qran-pridə fransız cütlük qızıl medal qazanıb - FOTO
- Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
- III MDB Oyunlarının biletləri satışda