Axundova və Əliyevadan uğursuz start
28.11.2024 - 14:22
Azərbaycan fiqurlu konkisürənləri Türkiyədə keçirilən Bosfor kubokunda mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, gənc qızların fərdi yarışında çıxış edən iki təmsilçimiz qısa proqramda bacarıqlarını göstəriblər.
Leyli Axundova və Səbinə Əliyevanın yarışdakı startı uğurlu alınmayıb. 35,49 xal toplayan Leyli 31-ci yeri tutub. Səbinə isə 33,24 xalla 34-cü olub. İdmançılarımız bu gün keçiriləcək sərbəst proqramda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışa sifariş olunan 52 iştirakçıdan 49-u buz üzərinə çıxıb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0