Azərbaycan çempionatına yekun vuruldu - FOTO
03.07.2025 - 09:19
Azərbaycan çempionatına yekun vuruldu - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançının mübarizə apardığı yarışın sonuncu günündə gənc oğlanlar və Elit/U23 yaş qrupunda olan kişilər 110 km məsafəyə qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.

Gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Artyom Proskuryakov hamıdan güclü olub. Onun komanda yoldaşı Əli Baxşıyev finiş xəttini 3-cü keçib. Gümüş medalı “Elçin Əsədov Velosiped Məktəbi”nin yetirməsi Süleyman Ələkbərov əldə edib.

Elit/U23 yaş qrupunda “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin üzvü Musa Mikayılzadə fərdi ötüşmədə olduğu kimi, qrup ötüşməsində də Azərbaycan çempionu olub. Gümüş və bürünc medalları isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tural İsrafilov və Nofəl Nuriyev qazanıblar.

Azərbaycan çempionatı (qrup ötüşməsi)

Gənc oğlanlar / 110 km
1. Artyom Proskuryakov (ROEQİUGVM) – 3.35'35"
2. Süleyman Ələkbərov (AE Cycling School) – 3.37'25"
3. Əli Baxşiyev (ROEQİUGVM) – 3.40'18"

Elit-U23 kişilər / 110 km
1. Musa Mikayılzadə (GPVK) – 3.17'06"
2. Tural İsrafilov (ROEQİUGVM) – 3.23'57"
3. Nofəl Nuriyev (ROEQİUGVM) – 3.45'05"