Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat yayıb.
Xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qəbul olunub. Yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar verilib və beynəlxalq federasiyanın təqviminə salınıb.
Qeyd edək ki, dünya çempionatının 2027-ci ildə fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi