Türkiyənin İstanbul şəhərində badminton üzrə beynəlxalq turnir keçirilir.
Apasport.az xəbər verir ki, təmsilçimiz Keişa Fatimə Zəhra da yarışda iştirak edib.
O, "International Challenge 2024" seriyalı yarışı qızıl medalla başa vurub. Mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.
Keişa Fatimə Zəhra final qarşılaşmasında danimarkalı Amalie Şulza ilə qarşılaşıb. Hər iki setdə böyük fərqlə qalib gələn təmsilçimiz "International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi