Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir.
Apasport.az xəbər verir ki, fevralın 23-dək davam edəcək kursun əsas məqsədi bu sahədə peşəkar hakimlərin yetişdirilməsi, onların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Fevralın 27-dən martın 2-dək isə stend atıcılığı üzrə hakimlik kursu təşkil olunacaq. Təlimlər zamanı qarşıdan gələn Olimpiya tsiklində tətbiq olunacaq yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə ediləcək.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi