Bəhreyn Qran Prisinin qalibi müəyyənləşdi - MÖVSÜMDƏ 2-ci dəfə
13.04.2025 - 22:11
"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula 1"in dördüncü mərhələsində - Bəhreyn Qran Prisində qalib gəlib.
Apasport.az xəbər verir ki, Onun komanda yoldaşı britaniyalı Lando Norris 3-cü yeri tutub. İkinci yerdə isə "Mercedes" komandasının pilotu britaniyalı Corc Rassel qərarlaşıb.
Pilot bu qələbə ilə bu mövsümkü 2-ci qalibiyyətini əldə edib.
Qeyd edək ki, Piastri "Formula 1"də dördüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində və bu mövsüm Çin Qran Prisində qalib gəlib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0