Yeniyetmə pilotumuz Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.
Apasport.az xəbər verir ki, yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan beynəlxalq "Kartodromo de Leiria" trekində keçirilib.
Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb. Bu yarışda iştirakdan sonra Davinə 26-28 sentyabrda Bombarralda keçiriləcək ROTAX kateqoriyasında yarışa dəvət gəlib. Davin bu yarışda "BirelArt" komandasının tərkibində çıxış edəcək.
Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək World Grand Final yarışında iştirak edəcək. Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.
- İdmançılarımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıblar - FOTO
- Paralimpiyaçımız Avropa çempionatında növbəti gümüş medalını qazanıb
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
- Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazanıb
- Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB