"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Monako Qran Prisinin qalibi olub.
Apasport.az xəbər verir ki, "Ferrari"nin Monakodan olan pilotu Çarlz Lekler ikinci, mövsümün lideri - avstraliyalı Oskar Piastri ("McLaren") isə bu dəfə üçüncü yeri tutub.
Norris bu mövsüm ikinci qələbəsini qazanıb: o, 2025-ci ilin ilk yarışı olan Avstraliya Qran Prisinin qalibi olub.
Mövsümün 8 mərhələsindən sonra Piastri 161 xalla birinci, Norris 158 xalla ikinci, niderlandlı Maks Ferstappen isə 136 xalla üçüncüdür.
Konstruktorların çempionatında "McLaren" 279 xalla liderdir. "Mercedes" 147 xalla ikincidir, ilk "üçlüy"ü isə 131xalla "Red Bull" tamamlayır.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi