Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.
Apasport.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti açıqlayıb.
Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.
Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.
Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula 1" üzrə Qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
- Cəfərova Dünya Kubokunun finalında
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib