“Formula 1”: “Mercedes”də böyük ayrılıq
30.10.2024 - 15:36

“Formula 1” komandalarından “Mercedes”in ingiltərəli pilotu Lüis Hemiltonla yolları ayıracaq.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılıq bu mövsümün sonu reallaşacaq.
Buna səbəb, komandanın son illərdə yaxşı nəticələr verməməsi göstərilib.
39 yaşlı pilotun sonrakı komandası da artıq bəllidir. “Ferrari” mövsümün sonunda təcrübəli pilotla müqavilə imzalayacaq.
Qeyd edək ki, 2013-cü ildən “Mercedes” komandasında çıxış edən Hemilton, 7 dəfə dünya çempionu olub.
- Millimizin rəqibləri bəlli oldu
- III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib
- Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək - FOTO
0
0