“Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO
19.09.2025 - 18:20
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində pilotlar ilə "Fan Forum" təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbir Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada keçirilib.
Məşhur sürücülər azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıblar.
Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar "Formula 1" ulduzlarını yaxından görmək imkanı əldə ediblər.
Bugünkü "Fan Forum"da "Racing Bulls", "Williams", "McLaren", "Kick Sauber" və "Aston Martin" komandalarının üzvləri iştirak ediblər. Şənbə günü digər pilotlarla görüş nəzərdə tutulub.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0