Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda ölkəmizin təmsilçisi Ruslan Lunev iki böyük uğura imza atıb.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Ruslan Lunev 25 metr məsafəyə sürətli atəş üzrə yarışda parlaq çıxış edərək bir çox güclü rəqibini geridə qoyub və ikinci yeri tutaraq Azərbaycanın aktivinə gümüş medal yazdırıb.
Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunev ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Theo Moczko-ya məğlub olaraq ikinci gümüş medalı qazanıb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi