III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
24.09.2025 - 15:00
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir.
Apasport.az xəbər verir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər.
Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0