Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən qeydiyyat, hava limanında qarşılanma və yolasalma, eləcə də açılış, bağlanış və yarışlar dövründə nəqliyyat xidmətlərinin təşkili ilə, təchizat və loqistika; inzibati işlər; işçi heyətinin formalaşdırılması; könüllü proqramı; media xidmətləri və kommunikasiya; idman əməliyyatları; yarış məkanlarının hazırlığı, təhlükəsizliyin təmin edilməsi ilə bağlı aparılan işlər barədə məlumat verilib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi