"Çox güclü qrupda mübarizə aparacağıq".
Apasport.az xəbər verir ki, bunu Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi federasiyanın mətbuat xidmətinə açıqlamasında iştirak edəcəkləri qarışıq komandaların Avropa çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis yarışın gənc idmançılara böyük təcrübə qazandıracağını bildirib:
“Biz çox güclü qrupda mübarizə aparacağıq. Bu yarış idmançılarımız üçün mühüm təcrübə olacaq. Burada dünyanın müxtəlif ölkələrindən güclü badmintonçular iştirak edəcək. Bizim komandamızda 14 yaşında idmançı da var. Onu heyətə cəlb etməkdə əsas məqsədimiz belə bir yarışda təcrübə qazanmasına şərait yaratmaqdır. Ümumiyyətlə, millimizin yarısı gənclərdən ibarətdir”.
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq. Azərbaycan millisi Danimarka, İngiltərə və İspaniya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi