Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi ilk mətbuat konfransı bu gün baş tutub.
Apasport.az xəbər verir ki, sürücülər komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşüblər.
McLaren sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayaraq, “Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır”, - deyib.
Sürücülər həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd etdilər.
Konfrans mövsümün qalan yarışlarında mümkün çempionluq mübarizəsi və gələcəkdə sprint yarışlarının formatı ilə bağlı suallarla yekunlaşdı.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi