Paralimpiyaçımız Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.
Apasport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40:19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qatı duman səbəbindən Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) yarışın həlledici mərhələsinin keçirilməməsi ilə bağlı qərar qəbul edib. Polad Rzayev beynəlxalq yarışda debütü ilə bağlı təəssüratlarını bölüşüb:
“Yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm. Təcrübəm azdır, daha çox məşq etməliyəm və öz üzərimdə çox çalışmalıyam. Hava şəraitinin yarış zolağında səbəb olduğu çətinliklərə baxmayaraq, öz çıxışımı uğurla yekunlaşdıraraq həlledici mərhələyə vəsiqə qazana bildim. Növbəti turnirlərdə də əlimdən gələni etməyə çalışacağam”.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi