Paraüzgüçümüz Dünya seriyasında gümüş medal qazanıb
20.03.2026 - 14:55
İspaniyanın Barselona şəhərində keçirilən Paraüzgüçülük üzrə Dünya Seriyası davam edir.
Apasport.az xəbər verir ki, bu gün yığma komandamızın üzvlərindən yeniyetmə paralimpiyaçımız Əli Vəliyev uğurlu çıxışı ilə yadda qalıb.
İdmançımız S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzmədə 1:00.41 nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Dünya Seriyasına martın 22-də yekun vurulacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0